1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. "İrəvan əyalətinin icmal dəftəri"ndə Dirəkli, Qafqazın 5 verstlik xəritəsində Dirəklər kimi qeyd edilmişdir.
Toponim qədim tereklər (dirəklər) türk tayfasının adı əsasında əmələ gəlmişdir. Tereklər (direklər) XIII-XIV əsrlərdə Anadolu yarımadasında yaşamışlar.
Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828-30-cu illərdə Türkiyədən köçürülmüşdür.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Karnut qoyulmuşdur. Hazırda yalnız ermənilər yaşayır.
Tahirə AĞAMİRZƏ