17.06.2025, 05:17
AZ EN
15.11.2023, 17:53 339

Hamamlı rayonu, Göyyoxuş kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Göyyoxuş — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənddir.

Rayon mərkəzindən 22 km məsafədə, Bəykənd çayının qolunun üstündə, Ağbulaq və Nalbənd kəndləri arasındakı yolun yanında yerləşir. Toponim Azərbaycan dilində "yaşıllıq" mənasında işlənən göy sözü ilə "dik, çətin çıxılan yer" mənasında işlənən yoxuş sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

1828–1829-cu illərdə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Saralanc adlandırılmışdır. Azərbaycan dilində göy (göylük, yaşıllıq mənasında) və yoxuş (yamac mənasında) sözlərindən ibarətdir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR