17.06.2025, 05:00
AZ EN
12.11.2023, 17:12 264

Sərdarabad rayonu, İydəli kəndi

QƏRBİ AZƏRBAYCAN
  • İydəli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənddir.

Rayon mərkəzindən 12 km cənubda, Araz çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1930-cu illərdə Qurduqulu rayonun tabeliyində olmuşdur.

Toponim Azərbaycan dilində işlənən "iydə" bitki adına kəmiyyət bildirən -li şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Kənddə 1831-ci ildə 113 nəfər, 1873-cü ildə 562 nəfər, 1886-cı ildə 629 nəfər, 1897-ci ildə 706 nəfər, 1904 -cü ildə 880 nəfər, 1914-cü ildə 934 nəfər, 1916-cı ildə 637 nəfər, 1918-ci ilin əvvəlində 880 nəfər yalnız azərbaycanlı yaşamışdır.

1918-ci ilin fevral ayında kənd erməni təcavüzünə məruz qalaraq sakinləri azərbaycanlılar ata-baba torpaqlarından deportasiya olunmuşdur.

Kəndə Türkiyənin Alaşkert, Bayazid, Samsun vilayətlərindən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 87 nəfər, 1926-cı ildə 55 nəfər, 1931-ci ildə 80 nəfər azərbaycanlı yaşamışdır.

SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kənddə yaşayan azərbaycanlılar 1948-49-cu illərdə zorla Azərbaycana köçürülmüşdür. İndi yalnız ermənilər yaşayır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR