27.06.2025, 18:42
AZ EN
05.09.2023, 19:48 375

Qərbi Azərbaycan, Solak kəndi

QƏRBİ AZƏRBAYCAN

İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Kotayk mərzində olan Solak kəndi Zincirli dağının ətəyində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir. Toponim solak türk tayfasının adı əsasında formalaşmışdır. Türk dilində solak "qulağı uzununa kəsik" mənasını bildirir. Bu etnonim XVII əsrin I yarısında yaşamış məşhur Osmanlı tarixçisi Mehmed Solakzadənin soyadında öz əksini tapmışdır. Türkiyənin Qoca nallı obasının Pinarbaşı qəzasındakı Mərkəz nahiyəsində Solaqlar kəndi var. 1728-ci ilə aid mənbədə Dərəçiçək nahiyəsində Solak kimidir. XVIII əsrə aid erməni mənbələrində də Solak kimi qeyd olunmuşdur. 1828-ci ilə qədər burada yalnız azərbaycanlılar yaşamışdır. 1828-1829-cu illərdə kənddə İrandan və Türkiyədən gəlmə ermənilər də məskunlaşmış, sonralar azərbaycanlılar qovulmuşdur. İndi yalnız ermənilər yaşayır.

İsa Musayev

Oxşar xəbərlər