Kənddə 1831-ci ildə 59 nəfər, 1873-cü ildə 173 nəfər, 1897-ci ildə 219 nəfər, 1916-cı ildə 260 nəfər yalnız azərbaycanlı yaşamışdır.
1918-ci ildə azərbaycanlılar hayların soyqırımına məruz qalaraq kəndi tərk etmək məcburiyyətində qalmışlar.
Sovet hakimiyyəti qurulduqdan sonra burada 1922-ci ildə 78 nəfər, 1931-ci ildə 114 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-1949-cu illərdə kənddə yaşayan azərbaycanlılar zorla tarixi torpaqlarından Azərbaycanın digər bölgələrinə köçürülmüşdür.
Tahirə AĞAMİRZƏ