27.06.2025, 11:17
AZ EN
08.08.2023, 18:03 418

Dərələyəz mahalı, Əzizbəyov rayonu, Zeytə kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Zeytə - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda ərazi vahidindədir.

Zeytə rayon mərkəzindən 7 km cənub-qərbdə, Arpaçayın bir qolu olan Zeytədərəsi çayının sahilində yerləşir. Erməni mənbələrində kəndin adı həm də Çopma, Çomap, Zeta, Çapma, Zeyvə kimi göstərilir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir.

Mənbələrdə qeyd edilir ki, kəndin qədim adları çox olmuşdur və biri də «Zeyvə»dir. Belə qənaətə gəlinir ki, Zeytə, Zeyvə sözünün fonetik formasıdır. Deməli, ərəb dilində «künc», «bucaq» mənasında işlənən zaviyə (zeyvə, zeytə) sözündən əmələ gəlib.

Zeytədə 1918-ci ildə daşnak qaniçənlər 580 nəfərlik bu kəndi darmadagın etmiş, əhalinin böyük qismi məhv edilmişdir. Qaçıb qurtaran insanlar Naxçıvana sığınmışlar. 1922-ci ildə 34 adam öz doğma evinə dönmüşdür.

1988-ci ildə azərbaycanlılar deportasiya edilmişdir. Hazırda yalnız ermənilər yaşayır. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zedsa qoyulmuşdur.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər