Qərbi Azərbaycanın Göyçə mahalının Kəvər (Kamo) rayonunun Ağzıbir kəndi rayon mərkəzindən 15 km şimal-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim "tək bir çıxacağı olan yer", "kiçik dağ yolu" mənasında işlənən ağzıbir sözü əsasında formalaşmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7 dekabr 1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək çap qoyulmuşdur.
İsa Musayev