05.08.2025, 02:14
AZ EN
05.05.2023, 17:55 313

Qərbi Azərbaycan, Təkiyə kəndi

QƏRBİ AZƏRBAYCAN

İrəvan quberniyasının Eçmiədzin qəzasında olan Təkiyə kəndi rayon mərkəzindən 6 km şimal-qərbdə, Kasax çayının sağ sahilində, Şaqverd çayının sahilində yerləşir. Kəndin digər adı "Tekyə təkkə"dir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Pirtəkiyəsi kəndi, 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Təkkə kənd , Qafqazın 5 verstlik xəritəsində Təkiyə formasında qeydə alınmışdır. Tədqiqatçılar ehtimal edirlər ki, burada müsəlman dini tikilisi, türbə olduğu üçün kəndin adı Təkkə adlandırılmışdır. Bəzi tədqiqatçılar qeyd edirlər ki, toponim türk mənşəli təkə etnonimi əsasında formalaşmışdır. Təkiyə kəndində 1919-cu ilə qədər yalnız azərbaycanlılar yaşamışlar. 1919-1920-ci illərdə buraya Türkiyənin Muş, Xut və Xlat vilayətlərindən ermənilər köçürülmüşdür. Sovet hakimiyyəti illərində azərbaycanlılarla yanaşı ermənilər də bu kənddə yaşamışlar. 1948-1953-cü illərdə azərbaycanlılar zorla deportasiya edilmişdir.

İsa Musayev

Oxşar xəbərlər

SON XƏBƏRLƏR