30.06.2025, 15:41
AZ EN
24.02.2023, 16:14 327

Təqdimatdakı təhriflər tarixi saxtalaşdırmağa ən bariz nümunədir

QƏRBİ AZƏRBAYCAN

Rəsmi İrəvanın saxtalaşdırma siyasətinin qurbanı olan ən möhtəşəm abidələrimizdən biri də Əmir Səəd məqbərəsidir. 600-dən çox yaşı olan Əmir Səəd məqbərəsi İrəvan şəhəri yaxınlığındakı  Cəfərabad kəndi (1946-cı ildən Arqavand) ərazisində yerləşir. Qaraqoyunlu əmiri Pir Hüseyn tərəfindən  atası əmir Səədin vəfatından sonra onun məzarı üzərində inşa edilib. 1913-cü ildə ucaldılan məqbərini orta əsrlərə aid abidələrdən fərqləndirən cəhədlərdən biri odur ki, bu məqbərə kərpicdən yox, qırmızı tuf daşından tikilib günbəzi ilə bir yerdə. Hündürlüyü 12 metr olan məqbərə Naxçıvan memarlığına aiddir. Abidə “Pir Hüseyn türbəsi”, “Cəfərabad türdəsi”, “Pir Hüseyn sərdabəsi” kimi tanınır. Məqbərənin kitabəsində “Rəhimli Allahın adı” və Qurani-Kərimin ikinci surəsi “Bəqərə”nin 255-ci ayəsi həkk olunub.

Daha sonra Qaraqoyunlu dövlətinin tarixi şəxsiyyətlərinin adları çəkilir.

1961-ci ildə Azərbaycandan olan qadın epiqrafçı-alim məşədixanım Nemət Əmir Səəd məqbərəsini tədqiq edib. Yerli sakinlərin alimə verdikləri məlumata görə, belə bir şayiə yayılıbmış ki, məqbərənin günbəzinin inşası zamanı ən yüksək hissəsinə çoxlu qızıl qoyularaq üzəri örtülüb. XX ərsin ortalarında ermənilər həmin qızılları tapmaq üçün gizli olaraq əraziyə qaldırıcı kran gətirərək günbəzi deşirlər. Məqbərənin yerləşdiyi Cəfərabad kəndi azərbaycanlıların tarixi torpağıdır. Burada Topçubaşovlar nəslinin əkin yerləri və  dədə-baba mülkləri olub.  Məşhur cərrah, akademik Mustafa bəy Topçubaşovun doğum günündə  Göykümbət kəndində anadan olduğu qeyd edilib.

Cəfərabad kəndi bir zamanlar qədim Göykümbət kəndinə bitişik olub.  Bu iki kənd ayrıldıqdan sonra Əmir Səəd məqbərəsi Cəfərabad tərəfdə qalıb. Göykümbət kəndinin adı da bu məqbərənin göy rəngli günbəzindən götürülüb. Bəzi mənbələrdə kəndin adı “Göygünbəz” olaraq keçir.

1949-cu ildə Göykümbət kəndinin adı ermənilər tərəfindən dəyişdirilərək “Geğanist” adlandırılıb. Göykümbətdə Qaraqoyunlu tayfa birliklərinə daxil olan Səədli tayfasının başçılarının məzarlığı olub. Orta əsrlərə aid həmin məzarlıqda bir neçə türbə olub. Lakin onlardan bu günümüzə qədər yalnız Əmir Səəd məqbərəsi qalıb. İrəvandakı göy məscidi “fars məscidi” kimi təqdim edən ermənilər Cəfərabadda yerləşən Qaraqoyunlu Əmiri Səədin türbəsini də  “Türkmən məqbərəsi” kimi təqdim edirlər.

Erməni mediasının yazdığına görə, erməni-türkmən müştərək ekspedisiyası məqbərənin daxilində hissə-hissə qazıntı işləri aparılıb. Lakin arxeoloji qazıntıların nəticələri sərdabənin sənduqəsi üzərindəki yazılar haqqında bu günə qədər məlumat verilməyib. İki ölkə arasında əldə edilən razılaşmaya əsasən Türkmənistan tərəfi ölkəsində yerləşən erməni kilsəsinin  təmirini öz üzərinə götürüb.

Hazırda Azərbaycan türklərinə aid məqbərə ”Türkmən əmirləri ailəsinə aid movzeley” adı ilə Ermənistanda mühafizə edilən tarixi abidələr siyahısına daxil edilib.Təqdimatdakı təhriflər tarixi saxtalaşdırmağa ən bariz nümunəıdir. Təəssüf ki, Qərbi Azərbaycanda belə nümunələr onlarla, yüzlərlədir....

Hazırladı: Tahirə AĞAMİRZƏ   

Oxşar xəbərlər