30.06.2025, 06:46
AZ EN
11.01.2023, 07:00 419

İrəvanın türk-müsəlman yurdu olduğunu rus imperiyası da təsdiq edib

QƏRBİ AZƏRBAYCAN

Prezident İlham Əliyev: “Əlbəttə ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək... Biz bunu sülh yolu ilə etmək istəyirik və əminəm ki, buna nail olacağıq. Çünki bu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, necə deyərlər, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır”.

  • Qərbi Azərbaycan ərazisində İrəvan xanlığı Əfşarlar imperiyasının (1736–1796) süqutundan sonra müstəqillik qazanıb. Onu Qacarlar sülaləsindən olan xanlar idarə ediblər. Rusiyanın işğalı ərəfəsində xanlıa Hüseyn xanın idarəçiliyində olub.

İrəvan xanlığı Ağrıdağ düzənliyinin Göyçə gölü hövzəsi və Araz çayından cənub-qərbə doğru uzanan ərazini əhatə edirdi. Azərbaycanın şimal-qərbində yerləşən bu xanlıq, paytaxt İrəvan şəhəri olmaqla, inzibati cəhətdən naiblərin idarə etdiyi 15 mahala bölünürdü. Bunlar Qırxbulaq, Zəngibasar, Gərnibasar, Vedibasar, Şərur, Sürməli, Dərəkənd, Saatlı, Talin, Seyidli- Axsaxlı, Sərdarabad, Karpi, Abaran, Dərəçiçək, Göyçə mahalları idi.

Rusiya imperiyası XIX əsrin əvvəlindən etibarən İrəvan xanlığını ələ keçirməyə cəhdlər göstərib. 1804 və 1808-ci illərdə təşkil edilən yürüşlər uğursuzluqla nəticələnib.

1813-cü ildə Rusiya ilə İran arasında imzalanan Gülüstan müqaviləsindən sonra Azərbaycanın bir neçə xanlığı rusların əlinə keçsə də, İrəvan və Naxçıvan xanlıqlarıöz müstəqilliklərini qoruya bilmişdilər.

Rusiya və Qacarlar dövləti arasında 1826-1828-ci illər müharibəsi İrəvan xanlığının faciəvi sonluğuna gətirib çıxardı.

1828-ci il 10 fevralda II Rus-Qacar müharibəsini sonlandıran Türkmənçay müqaviləsinin  üçüncü maddəsində İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya ilhaqı təsdiqlənirdi. Çar hökuməti tarixi Azərbaycan torpaqlarını ilhaq etdikdən sonra I Nikolayın 1828-ci il 21 mart tarixli fərmanı ilə həmin ərazidə erməni vilayəti yaradıldı.

İrəvan xanlığını işğal etməsi ilə əlaqədar Rusiya imperiyası 1829-cu ildə xüsusu medal buraxıb. Medalda Ağrı dağının fonunda İrəvan;n saray və məscidləri təsvir edilib. Ermənilər sarayları və məscidləri yer üzündən siliblər,  amma tarixi gerçəklik unudula bilməz.

Oxşar xəbərlər