30.06.2025, 10:05
AZ EN
02.01.2023, 15:00 319

Ermənilər Qərbi Azərbaycanda yüzlərlə ziyarətgahımızı da dağıdıblar

QƏRBİ AZƏRBAYCAN
  • Qərbi Azərbaycanda yaşayan soydaşlarımız bir əsrdə dörd dəfə deportasiya ediliblər. Onlar bu deportasiyalar zamanı təkcə şəxsi əmlaklarını deyil, yüz illər boyu inanc yerləri olan ziyarətgahlarını da itiriblər. Həmin müqəddəs məkanlar erməni vandalizminin hədəfinə çevrilib.

Bu sözlər filologiya elmləri doktoru, professor Avtandil Məmmədova məxsusdur. Amasiya rayonunun Ağbaba mahalında tarixi-dini abidələrin yerlə-yeksan edildiyini vurğulayan alim deyib: “Onların arasında nəinki Ağbaba, həmçinin Mesxetiya, Aran Borçalı, Çıldır, Qarsda məşhur olan, dəniz səviyyəsindən 3 min metr hündürlükdə yerləşən Ağbaba, karvan yolunun kənarındakı Bəzirgan, Öysüz ocağı, Qızıldağ ziyarətgahları və digərləri də olub”.

Tədqiqatçı həmin ziyarətgahlarla yanaşı, Amasiya kəndinin yaxınlığında - Arpaçayın sol sahilindəki Dərə ocağının, Çivinli çayının sahilindəki Süddaşı, Mağaracıq kəndi ərazisindəki Ocaqqaya, Seyid Abbas, Güllücə kəndi yaxınlığındakı Qaragüney pirlərinin, Qızıl qoç ziyarətgahının və digər müqəddəs yerlərin də vəhşicəsinə məhv edildiyini bildirib.

Professor deyib ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə qaldırılan məsələlərin həlli bu istiqamətdə tədqiqatlıların aparılmasına yeni impuls verəcək. (AZƏRTAC)

Oxşar xəbərlər