30.06.2025, 15:39
AZ EN
13.10.2023, 13:16 418

Qərbi Azərbaycan Xronikası": Ermənistanda 100 min azərbaycanlı üçün yeni evlər tikilir

QƏRBİ AZƏRBAYCAN

Ermənistanda Qərbi azərbaycanlıların Qayıdış xəbəri erməniləri bir-birinə qatdı

  • "Qərbi Azərbaycan Xronikası" layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. “Ermənistanda Qərbi Azərbaycanlıların qayıdış xəbəri aləmi qatdı” adlı süjetdə bu il sentyabrın 19-20-də Qarabağda antiterror tədbirlətindən sonra Ermənistanda təşviş yaşandığı, hüquq müdafiəçisi obrazında çıxış edən Arman Tatoyan da daxil olmaqla mətbuat və ekspertlərin Azərbaycan tərəfinin Ermənistana 100 min azərbaycanlını yerləşdirmək niyyətində olduğu ətrafında siyasi hay-küy qaldırmasından bəhs olunur.

Bildirilir ki, "Qərbi Azərbaycan İcması" vaxtaşırı həm erməni siyasi dairələri, o cümlədən beynəlxalq qurumlar qarşısında mühüm məsələlər qaldırıb: “Bütün bu müraciətlərə Ermənistan hakimiyyəti son 35 ildə heç bir reaksiya verməmiş, məsələni ciddiyə almamaq davranışı göstəriblər. Ermənistan hakimiyyəti bu gerçəyi qəbul etməlidir. Media eksperti, informasiya təhlükəsizliyi üzrə mütəxəssis Tiqran Koçaryan məsələni belə şərh edir: “Azərbaycan diplomatiyasını və Paşinyanın imkanlarını bildiyindən əminəm ki, Nikol Paşinyan bu məsələ ilə bağlı ilkin  razılığa gəlib. Əminəm ki, sənədlərdə əksini tapan bütün antierməni tezisləri Nikol Paşinyanla razılaşdırılıb. Azərbaycanlılar Zəngəzur, Zəngibasarda yerləşən kəndlərinə qayıdacaqlar. Bu gün Zəngəzurda elə kəndlər var ki, cəmi 10 ailə yaşayır. Bu yerlərdə əvvəllər azərbaycanlılar yaşayıb. Bununla bağlı Paşinyan bilirsiniz nə deyir? Əgər bu kəndlər sizin üçün yaxşıdırsa, niyə gedib ermənilər orada yaşamırlar?!

Tanınmış türkoloq Varujan Geğamyan məsələni şərh edərək bir az da dərinə gedir və erməni ictimaiyyətini çaşdırmaq istəyir: “Əgər bu ərazilərə baxsaq onlar tamamilə Azərbaycanda qaldırılan Qərbi Azərbaycan deyilən ərazilər ilə üst-üstə düşür. İndi bu ərazilər azərbaycanlıların əlində olacaq. Azərbaycan tərəfi Ermənistanı tərk etmək məcburiyyətində qalan azərbaycanlıları bütün bu ərazilərə qaytarmaq istəyir. Sonra bu insanların təhlükəsizliyini təmin etmək üçün qoşunlar ora göndəriləcək”.

Daha sonra qeyd olunur ki, erməni siyasətçilərini və media ekspertlərini təəccübləndirən məqam Ermənistanda çoxlu çoxmərtəbəli binaların tikintisinin sürətlə həyata keçirilməsidir. Belə yaşayış layihələrinin həyata keçirilməsi ermənilərdə şübhələr doğurur. Ermənistanda bu evlərin tikilməsini Qərbi Azərbaycanlılar üçün edildiyi hiddətlə deyilir.

Sonda vurğulanır ki, Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 21-də keçirilən Qlobal Media Forumunda bəyan etdiyi kimi, yaxın 3 ildə 150 ​​mindən çox insan Qarabağa və Şərqi Zəngəzura qayıdacaq: “Ermənistanın regionun yeni reallıqları ilə barışaraq, Qərbi Azərbaycanlıların da tarixi torpaqlarına qayıtmaq hüququnu tanıyıb, bu işə səy göstərməklə qonşu ölkələrlə sülh və dinc şəraitdə yaşamaq, monoetnik dalan olmaqdan çıxmaq siyasəti yolunu tutmaqdan başqa çıxışı yoxdur”.

Xatırladaq ki, "Qərbi Azərbaycan Xronikası" layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq "Qərbi Azərbaycan İcması"nın hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan başqa, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayələrini işıqlandırmaqdır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

 

Oxşar xəbərlər