Nurlan Abdullayev Bakıda doğulub və Almaniyada yaşayır. O, bildirir: “Qərbi Azərbaycandan olan soydaşlarımızı üç nəsilə ayırmaq olar. Birinci nəsli biz görməmişik. Onlar Qərbi Azərbaycanda doğma torpaqlarımızda yaşayıb və ömürlərini də burada başa vurublar. İkinci nəsil bu torpaqlarda doğulan və sonra deportasiya olunan insanlardı. Üçüncü nəsil isə həmin torpaqları görməyən, doğma yurd haqqında ancaq ata-babalarından eşidən və bu xatirələrlə böyüyən, o yurdu görməsə də, Vətənə böyük sevgisi olan azərbaycanlılardı. Mənim də o üçüncü nəslin nümayəndəsi kimi doğmalarımızdan eşitdiyim xatirələrlə fikirlərim formalaşıb. Mənim üçün Göyçə mahalı dünyanın ən gözəl diyarıdır. Biz Qərbi Azərbaycanı görməsək də doğma yurda xüsusi sevgimiz var və bu ruhda böyümüşük. Bu özü müqəddəs bir hissdir. Göyçə adı gələndə uşaqlığımda eşidiyim nağılların ən gözəli təsəvvürümdə canlanır. Bütün bu fikirlər ana yurda bağlılıq və ora qayıtmaq həvəsini oyadır. Düşmənə qalib gəlmək üçün ondan ağıllı və savadlı olmaq fikri ortaya çıxır ki, mən də bu tərbiyə altında böyümüş və fəaliyyətimi Almaniyada davam etdirmişəm”.
N.Abdullayev deyir ki, ailəsinin yaşadığı deportasiyanı o da nənəvi olaraq yaşayıb: “İnsan düşünür ki, ana yurdundan çıxarılacaq və bir daha ora qayıtmayacaq. Gələcək haqqında isə onun heç bir təsəvvürü yoxdu. Bu dəhşətdi. Mənim də ailəmdə belə travmalar yaşanaıb və biz də bu hisslərlə böyümüşük. Atam Əfqanıstan müharibəsinin veteranı idi, onlar doğma ata-baba yurdundan deportasiya ediləndə çıxmayıb, düz son ana qədər əynində əsgər geyimi ilə mübarizə aparıb. Əmim Milli Qəhrəman Şövqiyar Abdullayev də elə bu fikirlərlə könüllü olaraq Birinci Qarabağ müharibəsinə gedib və sona qədər vuruşaraq şəhid olub. Ancaq acı xatirələr bizi nə qədər sarsıtsa da qəlbimizdəki Vətən sevgisini azaltmır, əksinə daha da mübariz olmağa səsləyir. Əsas düşdükdən sonra qalxmaqdı və mən ailəmizdə bunu görmüşəm”.
Nurlan Abdullayev onu da bildirib ki, erməni həkimlərin vaxtilə azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər dünyaya çatdırılcaq. Bu dəhşətli hadisələri yazılı şəkildə, şahidlərlə birgə dəqiq məlumatlarla ortaya çxarmaqla günahkarları dünyada ifşa edəcəyik.
Qeyd edək ki, Almaniyada Azərbaycan Alyansının ilk tədbiri Berlində keçirilib və Berlin bəyannaməsi qəbul edilib. Bununla da tarixi torpaqlarımız uğrunda mübarizə beynəlxalq müstəviyə keçib.
Bundan sonra da Avropanın bir sıra şəhərlərində alyansın tədbirlərinin keçirilməsi və Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdılrılması planlaşdırılıb. Bütün bunlar isə sözsüz ki, Almaniyadakı erməni icmasını ciddi narahat etməyə başlayıb və onları müxtəlif təxribatlara əl atmağa sövq edib. Ancaq düşmənin təxribatlarına baxmayaraq N.Abdullayevin sözlərinə görə, bizim Almaniyadakı diasporumuz onlarınkından geri qalmır. Bir çox məqamlarda biz onlardan öndəyik.
Sonda N.Abdullayev onu da vurğuladı ki, Avropadakı Qərbi azərbaycanlılar həmişə Müzəffər Ali Baş Komandan İlham Əliyevin yanındadırlar.
Mina RƏŞİD