30.06.2025, 06:42
AZ EN
24.07.2023, 18:02 354

Ağarçin məbədi

QƏRBİ AZƏRBAYCAN

Karvansaray (09.09.1930-cu ildən - İcevan) rayonunda, Dilican şəhərindən 18 km şimalda dağlar qoynunda alban-türk xristian məbədi. Ağarçin çayının meşəli sahillərində günbəzli zal formasında inşa edilmiş məbədin ən qədim tikilisi X yüzilə aiddir. Məbəd kompleksinin baş məbədi isə 1281-ci ildə inşa edilmiş, sonrakı yüzillərdə ona yeni tikililər əlavə olunmuşdur. Ağarçin məbədinin ətrafında yerləşən yaşayış məntəqələri qədimdən Türk-Oğuz boylarının anayurdu olmuşdur. Məbədin türklüyü onun adından da aydın görünür. Bura ermənilərin ilk gəlişi XIX yüzilin əvvəllərinə təsadüf edir.

Sevda SÜLEYMANOVA

Oxşar xəbərlər