04.08.2025, 18:34
AZ EN
02.07.2025, 10:58 229

Laçın yaylaqlarında əhaliyə səyyar tibbi xidmət göstərilib

ŞƏRQİ ZƏNGƏZUR
  • Laçın Rayon Mərkəzi Xəstəxanasının həkim-mütəxəssisləri tərəfindən mövsümi olaraq Laçın rayonunun Ağbulaq, Şeylanlı, Qarakeçdi kəndlərinə və yaylaqlara mövsümi köçən fermerlərin səyyar tibbi müayinəsi təşkil edilib.

Xəstəxanadan verilən məlumata görə, terapevt, endokrinoloq, pediatr, dermatoloq, infeksionist, ultrasəs müayinə, laborant ixtisasları üzrə həkimlərdən ibarət briqada tərəfindən aparılan müayinələrə 16-sı uşaq, 58-i isə 18 yaşdan yuxarı olmaqla, ümumilikdə, 74 nəfər cəlb olunub. (AZƏRTAC)

Oxşar xəbərlər