Bu barədə Bəylik kəndinin sakini Möhübbət İsgəndərov danışıb.
O, işğal dövründə xarabalığa çevrilmiş kəndin yerində müasir evlərin inşa edildiyini vurğulayıb:
“Kəndimiz işğal olunanda mən özünümüdafiə batalyonunda xidmət edirdim. Məcburi köçkün düşəndən sonra bir neçə yerdə məskunlaşdıq. Hər zaman doğma elimizə dönməyin arzusunda yaşadıq. İşğaldan azad edildikdən sonra Laçına gələndə kəndimizə də getdim.
30 il yaxın müddətdə kəndi elə vəziyyətə salmışdılar ki, uşaqlıq illərimin keçdiyi yerləri tanıya bilmədim. Lakin bu gün evimizə gələndə dörd il əvvəlki mənzərənin tam əksini gördüm. O xarabalığın yerində çox gözəl, müasir evlər inşa edilib. İnanıram ki, kənddə həyat yenidən əvvəlki kimi canlanacaq”. (Report)