Fəxriyyə Abbasova Laçın Rayonunun Zabux kənd sakinidir. O, deyir ki, altı aydır bura köçmüşük: “İşlə bağlı Məşğulluq Agentliyinə müraciət elədim. Məşğulluqdan belə bir kursların olduğunu bildirdilər. Tikişə həvəsim olduğu üçün məni bura yönləndirdilər. Burda da çox sağ olsunlar, gəldiyimiz gündən bəri hər birimizə kömək edirlər. Həm öyədirlər, həm başa salırlar. Burda olduğumuz müddətdə həm də dövlət bizi təqaüdlə təmin edir. Yəqin ki, bu təqaüdü də bizim buraya gəlib getməyimiz üçün nəzərə alıblar. Kursu bitirəndən sonra burda işçiyə ehtiyac olsa, burda qalacam, “Naxış-tikiş” evində. Mən çox istəyərdim burda qalmağı. Olmasa da, yenə də Laçında başqa bir tikiş sexləri açılır, orda çalışacam. Mən belə başa düşürəm ki, burda heç kim işsiz qalmayacaq”.
Tahirə AĞAMİRZƏ