Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəis müavini Cabbar Qəribov deyib.
C.Qəribov bildirib ki, Türkiyənin Orman Genel Müdirliyi və Meşələrin İnkişafı Xidməti layihə çərçivəsində 73.4 hektar ərazidə meşəsalma işləri başa çatdırılıb. Onlardan 16,3 hektarı "Dostluq Meşəsi"ndə, 57,1 hektarı isə terraslarda aparılıb. Son müşahidələr əkilən 63 min 680 ədəd ağacın bitişinin düzən ərazidə 80, dağlıq ərazidə 91 faiz olduğunu göstərir. (AZƏRTAC)