02.05.2025, 13:50
AZ EN
17.04.2022, 07:20 669

Sənan Hüseynov: "Xocalı faciəsindən sonra ən böyük qətliam Kəlbəcər-Laçın tunelində törədilib"

ŞƏRQİ ZƏNGƏZUR

Ermənistanın işğalı zamanı Kəlbəcər-Laçın tunelində qətlə yetirilən 53 nəfər mülki əhalinin ailə üzvlərinin həmin ərazilərə səfəri təşkil olunub. Səfəri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkil edib. Bu tunel Kəlbəcərin 145 kəndi içərisində 36 kəndin yeganə çıxış yolu rolunu oynayıb. Erməni cəlladları 1993-cü il martın 31-də 1918-ci il qətliamının 75 illiyində yenidən silahsız insanları vəhşicəsinə qətlə yetiriblər.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində QMKİDK-nin Regional idarəetmə və status şöbəsinin müdiri Sənan Hüseynov söyləyib.

Ermənilərin insanlığa sığmayan və mülki əhaliyə qarşı törətdikləri vəhşiliklərdən danışan S.Hüseynov deyib: “Kəlbəcər-Laçın tunelində 53 nəfər mülki soydaşımız qətlə yetirilib, 64 nəfər isə girov götürülüb. Qətlə yetirilənlərdən yalnız bir nəfər –İslam Quliyevin məzarının yeri bilinir. Digər Kəlbəcər sakinləri isə itkin sayılırlar. Xocalı faciəsindən sonra ən böyük qətliam burda, məhz Kəlbəcər-Laçın tunelində baş verib. Bu gün həmin insanların ailə üzvləri bura səfər edərək onların əziz xatirəsini dərin ehtiramla yad edirlər.

Oxşar xəbərlər