Erməni Apostol Kilsəsi torpaq sahələrini təmənnasız almaq hüququndan məhrum edilib
XƏBƏRLƏR
Ermənistan parlamenti Torpaq Məcəlləsinə Erməni Apostol Kilsəsinin torpaq sahələrini təmənnasız almaq hüququnun aradan qaldırılması barədə düzəlişi son oxunuşda qəbul edib.
Bu barədə Ermənistan KİV məlumat yayıb.
Bildirilib ki, dövlət və icmaların mülkiyyətində olan torpaq sahələrinin kilsəyə təmənnasız verilməsini nəzərdə tutan maddə qüvvədən düşüb. (Report)