05.08.2025, 10:17
AZ EN
15.05.2023, 10:00 439

Zəngilan rayonu, Havalı kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Havalı kəndi Azərbaycan Respublikasının Zəngilan rayonunun Zərnəli kənd inzibati ərazi dairəsinə daxildir. Kənd Araz və Həkəri çaylarının sahilində, düzənlik bir ərazidə salınmışdır. Yerli əhalinin məlumatına görə bu yaşayış məntəqəsini XIX əsrdə Cənubi Azərbaycandan gəlmiş Hava (Həvva) adlı bir qadının övladları salmışdır. Məhz elə ona görə də kəndin adı Havalı adlandırılmışdır. Bəzi tədqiqatçılar digər bir versiya irəli sürüblər. Belə ki, oykonimi Azərbaycan toponimiyasında "yaxşı iqlimli" mənasında işlənən yelli topokomponentinin sinonimi kimi də qəbul etmək olar. Kənddə orta məktəb, klub və s. fəaliyyət göstərmişdir. 1993-cü ilin oktyabr ayında erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 20 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

İsa Musayev

Oxşar xəbərlər