05.08.2025, 04:32
AZ EN
28.10.2023, 14:43 306

Cəbrayıl rayonu, Balyand kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Balyand — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi dairəsindədir.

Əhalinin sayına görə Cəbrayılın 4-cü böyük kəndi olan Balyandın tarixi XVII əsrə gedib çıxır. Kiçik Qafqazın cənub-şərq ətəklərində meşədə salınmış bu kənddə həm yerli, həm də Cənubi Azərbaycandan köçən insanlar yaşayırdı. Əlverişli coğrafi mövqedə yerləşdiyinə görə sonradan bura köçən tayfaların sayının artmasına səbəb olmuşdur.  Qozluçayın sağ sahilində, dağ ətəyində yerləşən kəndin adı "hündür yer, təpə" mənasını ifadə edir. Xalq etimologiyasına görə, əvvəllər burada balı yandıraraq alınan şəkərdən çay hazırlanarmış. Buradan da Balyand adı yaranmışdır. Başqa bir məlumata görə, kənd vaxtilə Cənubi Azərbaycanın Balyand kəndindən bura köçən ailələr tərəfindən salınmışdır.

Kənd əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olmuşdur. Üzümçülük, taxılçılıq, baramaçılıq, heyvandarlıq əsas məşğuliyyət sahələri idi.

Kənd 1993-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR