04.08.2025, 18:35
AZ EN
01.05.2022, 10:10 506

Cəbrayıl rayonunun Cəfərabad kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • AZƏRTAC Cəbrayıl rayonunun Cəfərabad kəndindən işğalın nəticələrini əks etdirən fotoşəkillər yayıb. Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində 2020-ci il oktyabrın 4-də işğaldan azad edilib.

Cəfərabad Cəbrayıl rayonunun Qarxun inzibati ərazi vahidinin tərkibindədir. Arazboyu düzənlikdə yerləşir. Yaşayış məntəqəsini 1806-cı ildə Rusiya himayəsinə keçmiş Xoy hakimi Cəfərqulu xana məxsus ailələr salıb və kəndi də xanın adı ilə adlandırıblar. İşğala qədər camaatın əsas məşğuliyyəti heyvandarlıq olub.

Oxşar xəbərlər