04.08.2025, 20:36
AZ EN
23.08.2023, 15:01 475

Laçın rayonu, Ağcakənd kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Azərbaycan Respublikasının Ağcakənd kəndi Qoşasu kənd inzibati ərazi dairəsinin tərkibində olmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002 ci il tarixli, 273- IIQ saylı Qərarı ilə Laçın rayonunun Ağcakənd kəndi Qoşasu kənd ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ağcakənd kənd inzibati ərazi dairəsi yaradılmışdır. Qabaqtəpə dağının ətəyində yerləşən Ağcakənd kəndinin adı "ağ qayalıqlarla əhatə olunmuş kənd" mənasını verir. Kənd ərazisində bir neçə tayfa qalıqlarından formalaşmışdır. Burada kürdlər də yaşamaqdadır. Əhalinin əksəriyyətini Cənubi Azərbaycandan gəlmiş Türk soylu tayfa təşkil edir. Ağcakənd kəndi 1 dekabr 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Kəndin əsas təsərrüfatı heyvandarlıq idi. Kənd ərazisi tarixi abidələrlə zəngindir. Ağdərə çayının sol sahilində Qalaça var idi. Bu qala divarlarının arasında kiçik müdafiə səngərləri qazılmışdır. Burada həmçinin alban qəbiristanlığı da var idi. Buradan çoxlu sayda küpələr, müxtəlif bəzək əşyaları, xəncərlər, gümüş bilərziklər və s. aşkar edilmişdir. Bütün bunlar kəndin qədim tarixə malik olduğunu bildirir.

İsa Musayev

Oxşar xəbərlər