Ağdam Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Hafiz Əzimzadə bildirib ki, su anbarı Prezidentin Sərəncamı ilə 2022-2023-cü illərdə əsaslı təmir olunub.
Əsaslı təmir işləri çərçivəsində 940 metr uzunluğunda bənd beton üzlüyə alınıb, suburaxıcı qapı yenidən düzəldilib və qəza sutullayıcı qurğu təmir edilib. Texniki sxemlə Xaçınçay su anbarına daxil olan sular tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 3,2 kubmetr olan əsas magistral kanala ötürülür. Kanalın başlanğıc 7 kilometr hissəsi də üzərində olan hidrotexniki qurğularla birlikdə təmir və bərpa olunub. Su anbarında yeni inzibati bina və gözətçi binası, təmir emalatxanası və nasosxana tikilib.
Hazırda su anbarında 12 milyon kubmetr su vardır. Su anbarından bağların və taxıl əkinlərinin suvarılmasında istifadə olunur. (AZƏRTAC)