26.09.2025, 04:17
AZ EN
22.09.2025, 15:48 243

Ağdərə sakini: Yurdumuza qayıdıb Vətən torpağına baş əydiymizə görə çox sevinirəm

QARABAĞ
  • Mən çox sevinirəm ki, yurdumuza qayıdıb, Vətən torpağına baş əyirik.

Bu sözləri bu gün Ağdərə rayonunun Həsənriz kəndinə köç edən keçmiş məcburi köçkün Əkbər Şirinov deyib

“Köçkünlük illərində çox ağır günlər yaşamışıq. Şükürlər olsun ki, hamısı geridə qaldı. istərdim ki, bu gündən sonra heç bir ata-ana bala dağı görməsin. Bir daha yurd həsrəti çəkməyək. Allah ordumuzu qorusun. Arzu edirəm ki, bu torpaqlarda subaylara toy edək, xoş günlər yaşayaq”, - deyə o bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər