26.09.2025, 04:17
AZ EN
17.09.2025, 15:37 224

Badara kənd sakini: Torpaqlarımıza qayıtdığımız üçün şəhidlərimizin ruhu şaddır

QARABAĞ
  • Biz öz torpaqlarımıza qayıtdığımız üçün şəhidlərimizin də ruhu şaddır.

Bu sözləri Xocalı rayon Badara kənd sakini Çiçək Nurməmmədova media nümayəndələrinə açıqlamasında deyib.

O bildirib ki, sağ olsun Ali Baş Komandan, Prezident İlham Əliyev şəhidlərin qanını yerdə qoymadı:

"Allah torpaq uğrunda şəhid olan bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə can sağlığı versin. Allah ordumuzu qorusun. Ordumuzun gücü-qüdrəti, Ali Baş Komandanın siyasəti nəticəsində bu torpaqlara qayıtdıq. Onların sayəsində şəhidlərimizin ruhu rahatlıq tapdı. Mən bu gün öz torpağıma qayıtdığım üçün çox sevincliyəm". (Trend)

Oxşar xəbərlər