27.06.2025, 13:03
AZ EN
24.06.2025, 17:24 117

Xocalı rayonunda vergiödəyiciləri ilə görüş keçirilib

QARABAĞ
  • İşğaldan azad olunmuş ərazilərdə tətbiq olunan güzəşt və stimullar barədə məlumatlılıq səviyyəsinin artırılması və könüllü vergi ödənişinin təşviqi məqsədilə Xocalı rayonunda sahibkarlarla görüş keçirilib.

Dövlət Vergi Xidmətindən bildirilib ki, tədbirdə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qarabağ Ərazi Vergilər Baş İdarəsinin məsul əməkdaşları iştirak ediblər.

Sahibkarlara işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri, o cümlədən vergi və gömrük imtiyazları barədə ətraflı məlumat verilib.

Vergiödəyicilərinin və obyektlərin vergi uçotuna alınmasına dair qaydalar izah olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb. (AZƏRTAC)

Oxşar xəbərlər