Bunu “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
A.Kərimov bildirib ki, Şuşada yeni inşa olunan məktəbdə 200-ə yaxın şagird təhsil alır. Müasir tələblərə cavab verən müalicə və sağlamlıq mərkəzi açılıb. Ən önəmli layihə isə şuşalılar üçün yeni yaşayış evlərinin tikilməsidir. Keçmiş məcburi köçkün olmuş 1409 şuşalı yeni inşa olunmuş 23 binadan ibarət ilk yaşayış kompleksində artıq məskunlaşıb. Növbəti aylarda şəhərdə 45 ədəd çoxmənzilli binadan ibarət daha 3 yeni yaşayış kompleksinin inşasına başlanacaq. (AZƏRTAC)