17.06.2025, 06:35
AZ EN
03.06.2025, 15:17 263

Şuşada yaşayıb burada fəaliyyət göstərdiyim üçün çox xoşbəxtəm

QARABAĞ
  • Uğur hekayəsinin budəfəki qəhrəmanı  7 yaşında məcburən tərk etdiyi doğma Şuşaya yenidən qayıdan və hazırda Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialında çalışan Şəhriyar Abdullayevdir.

Abdullayev Şəhriyar Bəxtiyar oğlu 1985-ci ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olub. 1991-c ildə 4 nömrəli orta məktəbə daxil olub və 3 ay orda təhsil alıb. 1992-c ildə Şuşa şəhəri işğal olunandan sonra ailəsi Bakı şəhərinə köçmək məcburiyyətində qalıb. Şəhriyar Abdullayev orta və ali təhsilini Bakı şəhərində tamamlayıb.

Şəhriyar deyir ki, Şuşa şəhərindəki öz məhləmiz, öz küçəmiz, onların hamısı mənim çox gözəl xatirimdədir: "Hər zaman öz valideynlərimdən eşitmişəm ki, biz mütləq o torpaqlara qayıdacağıq”.

O, əlavə edir ki, Şuşa şəhərinin işğaldan azad olduğunu Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevdən eşidəndə ailəliklə çox sevindik, qürur duyduq:

“Şuşa şəhərində fəaliyyət göstərən şirkətlərin bir neçə layihəsində iştirak etdim. Şuşa DOST filialının açılışını eşidəndə ora müraciət etdim və müsbət qarşılandım. Hal-hazırda Şuşa DOST filialının  əməkdaşıyam.

Ömrümün çox hissəsini Bakıda yaşamağıma baxmayaraq, mənim ürəyim hər zaman Şuşa ilə döyünüb.

Hal-hazırda Şuşada yaşayıb burada fəaliyyət göstərdiyim üçün çox xoşbəxtəm.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR