03.06.2025, 01:03
AZ EN
31.05.2025, 17:52 129

Şəhid atası: Oğlumun döyüşdüyü torpaqlarda gəzdikcə bir daha qürur hissi keçirdim

QARABAĞ
  • Vətən müharibəsinin şəhidi Əli Quluyevin atası Turac Quluyev oğlunun döyüşərək həlak olduğu torpaqlarda gəzdikcə bir daha qürur və fəxr hissi keçirdiyini söyləyib.

O, açıqlamasında bildirib ki, işğaldan azad edilən ərazilərə daxil olandan qeyri-ixtiyari göz yaşlarını saxlaya bilməyib:

"Bu torpaqlarda gördüklərim məni dəhşətə gətirdi. Düzdür, həmişə xəbərlərdə görürdüm, amma burada canlı olaraq şahidi oldum. Azad olunan ərazilərdə gördüklərim ermənilərin bizim xalqa qarşı nə qədər əzazil və qəddar bir mövqedə olduqlarını deməyə əsas verir. Amma qürur duyulacaq hisslər də yaşadım. Ərazilərin təmizlənmə işlərinin şahidi olduq. Hər tərəfdə canlanma hiss olunur".

T.Quluyev vurğulayıb ki, oğlum Əli Quluyev 44 günlük Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub:

"İndi burada gördüklərim mənə bir də ona görə təsəlli verir ki, xalqımızın başına açılan bu müsibətlərin sona çatmasında mənim də oğlumun qanıyla yazdığı imzası var". (Report)

Oxşar xəbərlər