Bunu Ağdam rayonu Sarıcalı kənd sakini Əli Rzayev deyib.
Keçmiş məcburi köçkün Əli Rzayev Ağdamda fəaliyyət göstərən şirkətlərdən birində çalışır: "Kəndimizi görməsəm də, valideynlərim kəndimiz və Ağdam barədə çox danışırdılar. Mən düşünməzdim ki, barəsində valideynlərimdən eşitdiyim kəndimizdə yaşayıb, doğma rayonumuzda işləyəcəm. Çox şükür, gəlmişik, öz yurdumuzdayıq, öz elimizdə çalışırıq. Artıq 1 ilə yaxındır ki, Ağdam Sənaye Parkında fəaliyyət göstərən “METKONS” şirkətində qaynaqçı işləyirəm. İnşallah, digər həmyerlilərim də tezliklə köçüb gələr. Çox böyük qürur hissi yaşayırıq”. (APA)