Bunu işğaldan azad edilən Ağdama səfər edən Most Traveled People təşkilatının üzvlərindən olan argentinalı səyyah Nikolas Paskuali deyib.
“Əvvəllər belə mənzərələrlə üzləşməmişik. Buradakı ərazilər dağıntı içərisindədir və bu, çox məyusedicidir. Bunun bir daha təkrarlanmayacağını arzulayıram”, - deyən səyyah bildirib ki, ölkəsinə qayıdarkən bu ərazilərdə gördükləri barədə məlumat verəcək.
“Həyatımda ilk dəfə minaların partlayış yolu ilə zərərsizləşdirilməsi prosesini izləyirdim və deyə bilərəm ki, bu, mənim üçün nadir təcrübədir”, - o, əlavə edib.
Qeyd edək ki, dünya şöhrətli 4 əsas səyahətçilər şəbəkəsindən biri olan MTP (Most Traveled People) təşkilatının 14 ölkəni (ABŞ, Britaniya, Almaniya, Avstriya, İtaliya, İspaniya, Ukrayna, Rusiya, Türkiyə, Rumıniya, Filippin, Avstraliya, CAR və Santa Lusia) təmsil edən geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. (AZƏRTAC)