Səyahətçilərə Ermənistan tərəfindən ərazilərin minalarla çirkləndirilməsi, bu istiqamətdə aparılan təmizləmə işləri barədə məlumat verilib.
ANAMA nümayəndəsi Vüsal Quliyev bildirib ki, 38 gün ərzində Horadiz kəndi ərazisində 4050 kvadratmetr ərazi əllə, 29 min kvadratmetr ərazi mexaniki yolla, 28 min 505 kvadratmetr ərazi isə minaaxtaran itlər vasitəsilə təmizlənib. Ərazidən piyada əleyhinə 55, tank əleyhinə 210 mina, 2 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Ermənistan tərəfindən qoyulmuş tələ minalara da rast gəlindiyi diqqətə çatdırılıb. Füzulinin Horadiz kəndində minatəmizləmə fəaliyyəti davam etdirilir.
İsveçli səyyahlar sonra Füzulidən Ağdama yola düşüblər. (AZƏRTAC)