12.03.2026, 15:26
AZ EN
12.03.2026, 13:27 210

Bu il Kəlbəcərin Zar kəndinə köç olacaq

ŞƏRQİ ZƏNGƏZUR
  • "Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" publik hüquqi şəxsi Kəlbəcər rayonunun Zar kəndində mühüm infrastruktur layihəsinin icrasına başlayır.

"Vətən səsi" xəbər verir ki, bununla bağlı keçirilən tenderin qalibi də müəyyən edilib. Tenderin nəticələrinə əsasən, Zar kəndinin xarici su təchizatı, eləcə də tullantı su şəbəkələrinin və müvafiq qurğuların tikintisi üçün sifarişçi ilə icraçı arasında ümumi dəyəri 7 milyon 181 min 133 manat olan müqavilə imzalanıb. Layihənin məqsədi kənddə müasir standartlara cavab verən su və kanalizasiya sisteminin yaradılmasıdır.

Xatırladaq ki, Kəlbəcər rayonunun Zar kəndinə sakinlərin köçürülməsi bu ilin sonuna planlaşdırılır. Hazırda kənddə fərdi yaşayış evlərinin bərpası ilə bağlı tikinti işlərinin birinci mərhələsi başa çatmaq üzrədir. Həmçinin rayonun İstisu qəsəbəsi, Yanşaq və Zallar kəndlərində də tikinti-bərpa işləri davam etdirilir.

Rayon ərazisində, o cümlədən Kəlbəcər şəhərində özəl investisiyanın cəlb olunması istiqanətində müvafiq addımlar atılır. Ticarət və çoxfunksiyalı zonaların yaradılması üzrə irəli sürülən təşəbbüslərin bir qismi aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra icraya yönəldilib. Hazırda bir neçə layihə icra prosesindədir. Ərazidə əhalinin ilkin istehlak təlabatını ödəmək üçün modul tipli sahibkarlıq obyektləri qurulur.

Elxan SALAHOV

Oxşar xəbərlər