17.06.2025, 04:16
AZ EN
05.04.2025, 09:02 172

Xocavənd sakinlərinə müjdə...

QARABAĞ
  • Xocavənd şəhərinin baş planı hazırlanmaqdadır. Paralel olaraq Hadrut qəsəbəsi və Tuğ kəndində də işlər aparılır.

Bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin Xüsusi Nümayəndəsi Emin Hüseynov Az TV Xəbərə açıqlama verib. O, həyata keçirilən digər layihələrdən də danışıb:

“Hadrut qəsəbəsində və Tuğ kəndində layihələndirmə işləri bitib. Hal-hazırda Hadrut və Tuğda kommunikasıya xətləri çəkilir birinci növbədə. Sözsüz ki, orda özəl investorlardır, maraq göstərir. Özəl investisiya layihələri həyata keçirilir. Amma eyni zamanda orada inzibati  bina və yaşayış məntəqələrində, xüsusilə də Tuğ kəndində  evlərin bərpa olunması və  yeni evlərin tikilməsi layihəsi yekunlaşmaq üzrədir. May ayı ərzində biz orda da  işləri başlamağı planlaşdırırıq. Xocavənd rayonunun digər kəndlərində artıq ölkədə çox gözəl nümunələr var.  Xocalının Ballıca kəndi, Ağdərənin Həsənriz kəndində  olduğu şəkildə yəni o kəndlər bərpa olunacaq və qısa bir müddətdə xocavəndliləri öz doğma torpaqlarına, dədə-baba yurdlarına qaytarmağı planlaşdırırıq. Bu barədə cənab Prezidentin xüsusi tapşırığı oldu son səfərdə və bu tapşırığa uyğun olaraq artıq o istiqamətdə işlərə başlamışıq”.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR