05.08.2025, 05:27
AZ EN
30.09.2023, 10:54 314

Prezidentin xüsusi nümayəndəsi: Şuşanın şəhər planı tərtib edilərkən şəhərin fiziki görünüşü olduğu kimi qorunub

QARABAĞ
  • Şuşanın şəhər planı tərtib edilərkən şəhərin fiziki görünüşü olduğu kimi qorunub.

Bunu Azərbaycan Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.

"Biz bu yöndə Şuşanın sakinləri ilə məsləhətlər aparmışıq, ona uyğun baş planı qurmuşuq. Buna əsasən, Şuşada hündürmərtəbəli binaların tikilməsi nəzərdə tutulmayıb", - o deyib.

Aydın Kərimov deyib ki, tarixi və mədəni irs abidələrinə xüsusi diqqət var: "Şuşada 200-dək belə abidə var ki, bəzisi dağıdılıb". (APA)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR