20.04.2026, 17:21
AZ EN
20.04.2026, 15:39 45

Ermənilər Qubadlının da mədəni abidələrinə qənim kəsilibmiş

ŞƏRQİ ZƏNGƏZUR
  • Müxtəlif dövrlərə aid zəngin tarixi-memarlıq abidələri ilə zəngin olan Qubadlı rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridi. Rayonun ərazisində Paleolit dövründən başlayaraq orta əsrlərə qədər müxtəlif mərhələləri əks etdirən 100-dən çox abidə qeydə alınıb. 

Əliquluuşağı kəndində XIV əsrə aid mağara və IV əsrə aid "Gavur dərəsi" məbədi, Yazı düzündə XIV əsr Cavanşir türbəsi, Dəmirçilər kəndində iki türbə, Gürcülü kəndində XVII əsr türbəsi və Xocamsaxlı kəndində XVIII əsr türbəsi, Məmər (XVIII əsr), Yusifbəyli (XVIII əsr), Mollalı (XVIII əsr), Mirlər (XVIII əsr) və Dondarlı (XIX əsr) kənd məscidləri, Əliquluuşağı kəndində Koroğlu qalası və Qalaça, Muradxanlı kəndində Maltəpəsi (Son Tunc-İlk Dəmir dövrü) abidələri, Hacı Bədəl və Laləzar körpüləri kimi önəmli tarixi irs nümunələri mövcuddur. Göy qala (V əsr) Əliquluuşağı kəndində Bərgüşad çayının sahilində Qalalı qalası (V əsr) isə Muradxanlı kəndində yeraltı keçidləri olan müdafiə istehkamı yerləşir. Koroğlu qalası Əliquluuşağı kəndində Son Tunc və İlk Dəmir dövrlərinə aid qədim  Cavanşir türbəsi XIV əsr yazı düzü ərazisində yerləşən memarlıq abidəsi rayonun ən məşhur türbələrindəndir. Dəmirçilər kəndində "İmamzadə" ziyarətgahı mövcuddur. Məmər, Yusifbəyli, Mollalı və Mirlər məscidləri XVIII əsrə aid olan rayonun ən qədim və əhəmiyyətli dini abidələrindən biri hesab olunur.

Laləzar və Hacı Bədəl körpüləri Həkəri çayı üzərində inşa edilmiş qədim tağlı körpülərdir. Mahmudlu kəndi ərazisində yerləşən Qaraqaya sığınacağı isə rayonunun ən önəmli arxeoloji abidələrindən biri hesab olunur. Həmin sığınacaq insanların bu ərazilərdə min illər əvvəl məskunlaşdığını sübut edən bir tapıntıdır. Bu tipli sığınacaqlar adətən, ibtidai insanların təbii mağaralardan yaşayış yeri kimi istifadə etdiyi düşərgələr olduğundan respublika əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınıb.  

Qubadlıdakı mağara-sığınacaqlar, Zor və Balahəsənli sığınacaqları ilə birlikdə bölgənin hələ Paleolit dövründən məskunlaşdığını göstərir. Mahmudlu kəndi ərazisində eyni zamanda XVI əsrə aid daş qoç fiquru və XIX əsrə aid körpü kimi digər tarixi abidələr də mövcuddur. Qaraqaya sığınacağının tarixini iki əsas dövrə ayırmaq olar arxeoloji keçmişi və müasir tədqiqat tarixi. Qədim dövr Qaraqaya sığınacağı ibtidai insanların məskunlaşdığı Mezolit (Orta daş dövrü) və ya Neolit dövrlərinə qədər uzanan bir keçmişə malikdir. Bu, təxminən e.ə. XII-X minillikləri əhatə edir. İlk insanlar bu təbii sığınacaqdan həm yırtıcı heyvanlardan, həm də əlverişsiz hava şəraitindən qorunmaq üçün istifadə ediblər.

Rayonun coğrafi relyefi dağlıq və çay kənarı ərazilər belə sığınacaqların yaşayış üçün seçilməsində mühüm rol oynayıb. Abidə əsasən XX əsrin ortalarında, Azərbaycanın cənub-qərb bölgələrində aparılan kompleks arxeoloji kəşfiyyat işləri zamanı qeydə alınıb. Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə “Respublika əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"na daxil edilib.

Təcavüzkar Ermənistanın işğalı altında olduğu dövrdə (1993 avqust-2020 noyabr) Qubadlıdakı tarixi və arxeoloji abidələr elmi tədqiqatlardan kənarda qalıb. İkinci Qarabağ müharibəsindən sonra Mədəniyyət Nazirliyi tərəfindən abidələrin monitorinqi çərçivəsində bu sığınacağın da mövcud vəziyyətinin qiymətləndirilməsi gündəmdədir. Hazırda azad edilmiş ərazilərdə, o cümlədən Qubadlı raonunda tarixi irsin bərpası və qorunması üçün müvafq işlər görülür.

Röya SALMANQIZI

Oxşar xəbərlər