03.05.2025, 00:38
AZ EN
16.02.2023, 13:40 423

Nikolun türklüyü "sübut olub"

YAZILAR

Xeyli hayuhi, yəni erməni qadın bu gün it tayadan düşəndən bir az sonra geyinib-keçinib, üzlərini, dodaqlarını boyayıb düz məğlub ordunun tabe olduğu nazirliyin qabağına gəliblər. Polislər soruşanda da ki, burda nə işiniz, nə verib, nə alacağınız var, niyə gedib evinizdə xörək bişirib ərinizi yemləmirsiniz?

Həmin qadınlardan biri yaylığının altından çıxan qara saçlarını əlcəkli əliylə geri elədikdən sonra deyib ki, Nikola səs vermişəm, kaş verməyəydim, sən demə o, doğrudan da, türkdür, biz acından gəbərmək üzrəyik, o, isə türk qardaşlarına maşın-maşın yemək-içmək, pal-paltar göndərir. Türk Nikol dostu Sureni müdafiə naziri təyin etdiyi zaman hamı elə bildi ki, ordumuz məğlub ordu olsa da  bacılarımız frənglə farsların göndərdiyi silahların sayəsində heç olmasa iməkləyəcək, amma iməkləmək cəhənnəm heç qurcuxa da bilmir, çünki adam kimi yeməyə heç nə vermirlər.

Göyçədə 15 əsgəri zabitlər özləri öldürüb, sonra da od vurub yandırdılar, birini buraxdılar, deyirlər o birini də buraxacaqlar.

Nazir Sureni də türk adlandıran həmin qadına polis deyib ki, bəsdir, hamıya türkdür düşməndir deyirsən, buna görə cavab verərsən.

Bəs oğlu yandırılıb külə dönən əsgər anası həmin polisə nə deyib? Tapmadınız?

Eybi yox, gərək onun polisə dediyini haycadan tərcümə edim: Həmin qadın polisə deyib ki, "ananla bacın Nikolla Sureni çimizdirəndə bilib ki, ikisi də türkdür".

Sonra qadını çığırda-çığırda polis maşınına salıb aparıblar.

Nəsib

Oxşar xəbərlər