Bu gülən qadın ermənidir, özü də elə-belə qadın deyil. Maqda Mkrtıçyan ad-soyadlı bu güləyən qadın Ermənistanın əməkdar artisti, opera müğənnisidir. Ermənilər yazıb ki, Maqda həm də musiqi tarixini beş barmağı kimi bilir, yeri gələndə solistliyini bir yana qoyub elə qusan, yəni aşıq mahnıları oxuyur ki, hamının gözü bərələ qalır. Həmin bu qadın bu gün əsil erməni olduğunu lap 100 faiz sübut edib. O, "Hraparak"ın adı Sona, soyadı Adamyan olan müxbirinə verdiyi müsahibədə deyib ki, bəs, operanın da yaradıcısı ermənidir. Sonra başlayıb "tarix" danışmağa. Deyib ki, operanı erməni oğlan sevdiyi qızın şərəfinə icad edib. Sonra isə müxtəlif xalqlar onu mənimsəyib və yayıb. Babalarının gənc ikən vurulduqları qızlara guya opera oxuduqlarını bir neçə dəfə təkrarlayan bu solistin uzun-uzadı danışığı içərisində bircə düz söz var ki, bu da Aərbaycanda operanın əsasının Üzeyir Hacıbəyli tərəfindən qoyulmasıdır. Buna heç nə demirik, amma haylardan nəsə öyrənmək istədiyimizi deməsini ən azı, bizim yanıqpəyəlilər demiş "dəli keçilik" adlandırsaq səhv etmərik. Axı, dəlinin başında palıd ağacı yox, buynuz olur. Bunu da bizim yanıqpəyəlilər deyib.
Nəsib