Hər iki soydaşımıza verilən işgəncələr erməni sosial şəbəkələrində yayılsa da erməni ombudsman həyasızlıqla bildirib ki, guya onlara nə fiziki, nə də mənəvi işgəncə verilməyib, qidalanmaları isə beynəlxalq standartlara uyğundur. "Hraparak" əlavə edib ki, ombudsman hər iki azərbaycanlıya öz hüquqları, müdafiə, tibbi yardım məsələləri ilə məlumat verərək, yeri gələrsə ona müraciət etmələrinə də hüquqları olduğunu vurğulayıb.
Ombudsmanın soydaşlarımızla görüşüb müəyyən qanuni prosedurlar barədə danışması, əlbəttə, aysberqin görünən tərəfidir. O biri tərəfdə isə erməni vəhşiliyinin baş alıb getdiyi və bunun davamlı olacağı isə bu toplumun xislətində əbədilik qazanıb.
Nəsib