Ermənistanın baş naziri Nikol Paşinyan barədə yenə müxtəlif fikirlər səslənməkdədir. Kimi onu Avropa, kimi türk və Azərbaycan agenti hesab edir. Son günlər torpaq yolların da Azərbaycanın nəzarətinə götürülməsi Paşinyan haqqında yeni ittihamlar yaranmasına səbəb olub. "Hraparak" media qrupu iddia edir ki, baş nazir öz çıxışlarında Azərbaycanın və onun Prezidentinin ünvanına ittihamlar irəli sürsə də, sülh müqaviləsinin bağlanmasına hazır olduğunu bildirir ki, bu da Azərbaycanın maraqlarına tam uyğundur. Paşinyanın Prezident İlham Əliyevin tapşırıqlarını yerinə yetirdiyini iddia edən agentlik əlavə edir ki, baş nazir Ermənistanla Qarabağı birləşdirən yolun bağlanmasının məsuliyyətini rusların daşıdığını bildirməklə həm də həmin bölgənin Azərbaycanın tərkib hissəsi olduğunu təsdiq etmiş olur. Daha sonra isə bildirilir ki, yalnız öz hakimiyyətini qorumaq üçün müxtəlif üsullardan istifadə edən Paşinyan "haysız arsax" planının gerçəkləşməsinə seyrçi mövqe nümayiş etdirir.
Nəsib