Məlum olduğu kimi, Araik Harutyunyan "seçkilərin" keçirilməsi təşəbbüsü ilə çıxış edəndən sonra Ruben Vartanyan buna qarşı çıxmış və tərəflər arasında ciddi nüfuz savaşı başlamışdı.
Bunun mətbuatda müxtəlif mövzulara səbəb olması isə demək olar ki, hamının diqqətini cəlb edib tərəflər barədə fikirlərini ifadə etməyə fürsət vermiş, nəhayət, yerliçilik müstəvisinə keçmişdi. Bir-biri ilə nüfuz savaşında olan separatçıların sakitləşməsi İrəvandakı siyasilərin də cəbhələşməsinə stimul verdiyi zaman öncə Araik Harutyunyan, o, qayıtdıqdan sonra isə Ruben Vartanyan Qarabağdakı rus "sülhməramlıların" vasitəsilə İrəvana, oradan isə Moskvaya göndərildilər.
"Hraparak" bugünkü buraxılışında yaydığı "... daxili siyasi həyat sabitləşmir" başlıqlı yazıda isə vurğulayıb ki, hər iki separatçıya bir-biri ilə didişmək əvəzinə konsensusa gəlib "kadr və idarəetmə islahatları" aparmaqla öz vəzifələrini yerinə yetirmək əmr olunub.
"Arsaxda" yaxın vaxtlarda kadr dəyişiklikləri və konstitusiyada düzəlişlər olacaq,...."prezident" deputatların üçdə ikisinin səsi ilə seçiləcək" kimi təxribatçı fikirlər paylaşan agentlik onu da bildirib ki, hazırda Xankəndidə Moskvadan gələn təlimatlar əsasında mürəkkəb siyasi proseslər gedir.
N.Qaramanlı