28.06.2025, 08:11
AZ EN
01.12.2022, 14:45 350

ABŞ-ın xüsusi səfiri İrəvana yeni təkliflə gəlib

YAZILAR

«Lurer.com» informasiya agentliyinin dekabrın 1-də yaydığı xəbərdə göstərilir ki, ABŞ-ın Qafqaz məsələləri üzrə baş məsləhətçisi səfir Filip Rikker dekabrın 1-4-də İrəvanda işgüzar səfərdə olacaq. Agentlik bu barədə xəbərin ABŞ-ın Ermənistandakı səfirliyinin sözçüsü tərəfindən açıqlandığını bildirib. Səfirin sözçüsü deyib ki, F.Rikker Ermənistanın dövlət rəsmiləri, siyasi qüvvələrin və ictimaiyyətin nümayəndələri ilə görüşərək bölgədə davamlı sülhün təmin olunması üçün Azərbaycanla Ermənistan arasında birbaşa dialoqun başlamasını təklif edəcək.

Məlum olduğu kimi, Ermənistan birbaşa danışıqlardan həmişə müxtəlif bəhanələrlə yayınıb və yalnız öz himayədarlarından kiminsə iştirakını təmin etməyə çalışıb. Dekabrın 7-də keçirilməsi nəzərdə tutulan amma məhz Ermənistanın öz fitnəkar bacısı Fransanın prezidenti Makrona görə baş tutmayan görüş də bu qəbildəndir. Yerigəlmişkən xatırladaq ki, Makron noyabrın 30-da və dekabrın 1-də ABŞ-da bir sıra rəsmilərlə görüşüb və «Hraparak» informasiya agentliyinin bildirdiyinə görə, o hər bir görüşdə Fransanın Azərbaycan əleyhinə qəbul etdiyi qətnamələrin dəstəklənməsini istəyib. Bu isə deməyə əsas verir ki, Makron ABŞ-da Fransanın yox, məhz erməni cinayətkarlarının mənafeyini müdafiə edir.

Nəsib QARAMANLI

Oxşar xəbərlər