Milli Müdafiə Universiteti Hərbi Elmi-Tədqiqat İnstitutunun professoru, tarix elmləri doktoru Mehman Süleymanov bunu “Xalq qəzeti”nə müsahibəsində deyib. O qeyd edib ki, ay yarım davam edən əks-hücum əməliyyatları nəticəsində Ermənistana, faşist mahiyətli dünya erməniliyinə və onların havadarlarına elə bir dərs verildi ki, bölgədə tamamilə yeni bir reallıq yarandı. “30 il ərzində davam edən işğala susqunluqla yanaşan çox böyük qüvvələr Azərbaycan xalqının iradəsi qarşısında diz çökməyə məcbur oldu və bu qüvvələrin heç yuxularında belə təsəvvür edə bilməyəcəkləri bir tarixi mənzərə ortaya çıxdı. Azərbaycan xalqı və onun iradəsini ifadə edən müstəqil dövləti gücünü və qətiyyətini toplayaraq öz ərazilərini erməni işğalından azad etdi, fərqli bir dünya düzəni yaratmaqla yeni bir tarix yazdı,” – deyə alim fikrini bildirib.