Bunu siyasi şərhçi Elxan Şahinoğlu deyib.
Politoloq əlavə edib: "Paşinyan doğru strategiyadan çıxış edir. Rəqibləri onunla debata çıxmaqdan çəkinirlər, çünki bilirlər ki, Paşinyanın onlara qarşı güclü arqumentləri var. Erməni cəmiyyəti bunu görür və Paşinyana alternativ olmaq istəyənləri zəif kimi qiymətləndirir. Ermənistanda parlament seçkiləri gələn ilin iyun ayında keçiriləcək. Seçkilər yaxınlaşdıqca Paşinyan rəqiblərini daha çox hədəf alacaq və onları zəif nöqtələrindən vuracaq. Bu gedişlə Rusiyanın dəstəyi olmayan erməni radikalların Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırması çətin görünür".
Tahirə AĞAMİRZƏ