Bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: Strateji mərkəzə çevrilmə yolunda" panel sessiyasında bildirib.
V. Kostanyan həmçinin TRIPP ("Tramp marşrutu") layihəsini qeyd edərək onun multimodal xarakterini vurğulayıb.
"Söhbət dəmir və avtomobil yollarından, eləcə də enerji infrastrukturundan - şəbəkələrdən və boru kəmərlərindən gedir. Bu kontekstdə bizim öz marağımız var: Ermənistanın enerji təchizatını şaxələndirmək və eyni zamanda Mərkəzi Asiya və Azərbaycandan daxil olan, Avropa üçün nəzərdə tutulan enerji resursları üçün tranzit qovşağına çevrilmək", - o bildirib. (Report)