04.08.2025, 18:06
AZ EN
22.07.2025, 11:30 216

Möhtərəm İlham Əliyev Şuşanı, Xankəndini...bu gün dünyanın informasiya alına biləcək, təhlükəsiz zonasına çevirib

YAZILAR
  • “Şuşa Qlobal Media Forumu sadəcə təbii zamanın təbii axarının  məhsulu deyil. Bu, uzun müddət həyata keçirilən müstəqil siyasətin, xüsusən də müstəqil informasiya siyasətinin Azərbaycanın dönməz, qətiyyəli və milli maraqlarda tam şəkildə etiva olunan həm daxili, həm xarici siyasətinin bir növ yekunudur”.

Bunu Real TV-nin “Real intervyu” verilişində möhtərəm Prezidentin III  Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşünə münasibət bildirərkən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Millət vəkili vurğulayıb ki, birmənalı şəkildə qısa müddət öncəki dövrlərlə təhlil etsək, Azərbaycanın hardan hara, cənab İlham Əliyevin Müzəffər Liderliyində qətiyyətlə irəlilədiyinə şahid olarıq: “Qısa müddət öncəyə qədər, yəni beş il öncəyə qədər Şuşa separatçıların  içki məclislərinə ev sahibliyi edirdi, Xankəndi separatçıların saxta, bölgə üçün təhdid doğuran ideologiyasının formalaşdığı yer idi. Xankəndidə, Şuşada açıq şəkildə bölgəni təhdid edən bəyanatlar səslənirdi. Hər tərəfi işğal etmişdilər, ayrı-ayrı güclərin köməyi ilə nəzarətində saxlamışdılar. Hər tərəf xarabazar idi. Ərazilərimizin hər tərəfinə mina basdırmışdılar. Bəşəri dəyərlər, bəşəri ideyalar  naminə bütövlükdə nəzərə alnması mümkün olmayan hallarla dolu bir dövr idi. Belə bir məqamda cənab İlham Əliyev Şuşanı, Xankəndini, Zəngəzuru bütövlükdə bu gün dünyanın informasiya alına biləcək, təhlükəsiz  zonasına çevirməsi, dünyanın 80 media qurumu, eyni zamanda əlavə olaraq, 30-dan çox informasiya agentliyi, 140-dan artıq qonaq, bu qonaqların hər biri öz ölkəsində  strateji çəkiyə malik  jurnalistlər və media mənsublarıdır və kifayət qədər həssas bağdır. Belə insanların gözündən heç nə qaçmır. Həmin insanları biz Xankəndidə, Şuşada əgər qonaqlaya biliriksə, orda qəbul edib özümüzün milli  siyasətimizi, milli baxışımızı və istiqamətlərimizi bəyan edə bilirksə, bu,  böyük qələbədir və sözün əsl mənasında böyük qələbədir”.

 Daha sonra başqa bir məqama toxunanan millət vəkili vurğulayıb ki, vaxt var idi Şuşa haqqında, Xankəndi haqqında  biz kiməsə eşitdirə bilmirdik: “Şuşa işğal olundu, soyqırımlar törədildi. Şuşada da, Xankəndidə də 80-ci illərin sonundan itibarən ermənilər nə qədər zülümlər veriblər azərbaycanlılara. Bizim səsimizi eşidən yox idi.

Amma bu gün o səsi eşidənlər yox, o səsi yayanlar, o ictimai rəyi formalaşdıran media gəlib bizi  Xankəndidən dinləyir. Bax, budur cənab İlham Əliyevin yaratdığı reallqlar.  Yəni Azərbaycan insanı, Azərbaycan jurnalisti bu reallıqların fərqinə varmalıdır və  çox şükür ki, bu reallıqların hər birinin də fərqindəyik”.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər