04.08.2025, 18:20
AZ EN
16.07.2025, 17:45 136

İndi əsas faktor iqtisadi güc amilidir

YAZILAR
  • “Biz daha bir problemi həll etdik. Azərbaycan və Ermənistan görünür, bu məsələdə uğurlu nəticəyə yaxınlaşır. Biz dünyada bir çox məsələni həll etmişik. Güman etmək olar ki, Azərbsaycan və Ermənistan arasındakı danşıqlar da  uğurlu nəticə verəcək”.

Ağ Evin rəhbəri bu fikirləri NATO-nun  baş katibi Mark Rutte ilə görüşündə səsləndirib. Ekspertlər bildirir ki, ABŞ prezidentinin açıqlaması prosesə dəstək məqsədi daşıyır.

Son dövrlər Vaşinqtonun Cənubi Qafqaza marağının artması əsasən iki amillə bağlıdır. Bunlardan biri Rusiyanın mövqelərinin zəifləməsi, digəri isə regionun mühüm nəqliyyat dəhlizlərində roludur. Yeni dünya nizamında iqtisadi maraqlar üstün tutulur. Bu məsələdə də Vaşinqton Azərbaycanı əsas tərəfdaş hesab edir.

“Artıq geosiyasi təzyiq aləti kimi münaqişələrdən də istifadə etmək də mümkün olmayacaq”.

Bu sözləri Milli Məclisin deputatı Elçin Mirzəbəyli İTV-yə açıqlamasında deyib.

Millət vəkili əlavə edib ki, bu, bölgə dövlətləri üçün ilk növbədə  mühüm əhəmiyyətə malikdir: “Təkcə Cənubi Qafqaz üçün deyil, daha geniş region üçün önəm daşıyır. İndi əsas faktor iqtisadi güc amilidir. İqtisadi tərəfdaşlıq, iqtisadi  güc faktoru  yaxın dövrlərdə daha ön plana keçəcək və təbii ki,  bu da birinci növbədə bərabərhüquqlu əməkdaşlığa söykənməlidir”.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər