Bu barədə o, özünün telegram-kanalında bildirib.
“Heç bir müqavimət göstərməyən mülki şəxslərin saxlanması zamanı iki nəfərin ölməsi, üç nəfərin reanimasiyada olması dəhşətdir. Bu olmamalıdır”, - deyə S.Markov vurğulayıb.
O, belə hadisələrin ictimaiyyətin haqlı hiddətinə səbəb olduğunu qeyd edib və obyektiv araşdırma aparılmasının vacibliyini vurğulayıb: “Aydın araşdırma, rəsmi izahat və günahkarların cəzalandırılmasını gözləyirik”. (Report)